Kommunikasiya Komissiyası - seçki subyektlərini işıqlandırarkən "Moambe" tərəfindən qərəzsizlik, balans, neytral ton qorunurdu

 

Kommunikasiya Komissiyası, 2021-ci ilin Gürcüstanın munisipalitet orqanları seçkilərinin seçkiqabağı dövrünün media monitorinqinin hesabatını dərc edir. Hesabat 2021-ci ilin avqustun 3-dən sentyabrın 2-nə qədər olan dövrü əhatə edir.

Milli Kommunikasiya Komissiyasının media monitorinq hesabatında qeyd olunub ki, “İctimai Yayımçı” “Moambe” informasiya buraxılışında bütün əsas seçki subyektlərinin fəaliyyətini işıqlandırırdı. Jurnalist etikasının standartlarına: qərəzsizlik, balans, neytral tona əməl olunurdu.

Hesabatda bildirilir ki, yayımçıda həm ixtisaslı, həm də qeyri-ixtisaslı seçki subyektlərinin fəaliyyətləri işıqlandırılırdı. Vizual və ya audio manipulyasiyalar baş verməyib.

Yeni xəbərlərdə vaxt həsr olunurdu: Gürcüstan Hökuməti – 23.7%(müsbət – 11%, mənfi – 2%), “Gürcü Arzusu” – 21.9%(müsbət – 25%, mənfi – 12%), “Milli Hərəkat” – 9.3 %(müsbət – 5%, mənfi – 5%), “Üçüncü Qüvvə” – 7,5%(müsbət – 33%, mənfi – 5%), “Lelo” – 7%(müsbət – 27%, mənfi – 1%), “Qaxaria- Gürcüstan Naminə ” – 6,6%(müsbət – 10%, mənfi – 12%) və digər bütün subyektlər 5%-dən az.

Keyfiyyət media monitorinqi altı ümumi milli yayımçı – İctimai Yayımçının “Birinci Kanal”-ı , İctimai Yayımçının “Achara Televiziyası” , “Rustavi 2”, “İmedi TV”, “TV Pirveli” və “Mtavari Arxi”-üzrə aparılıb.

Monitorinq ən yaxşı vaxtı, konkret olaraq saat 19: 00-dan 24: 00-dək olan dövrü əhatə edirdi, ictimai-siyasi verlişlərin monitorinqi bütün gün ərzində aparılırdı. Kəmiyyət media monitorinqi 50 -yə qədər yayımçı kanalda aparılıb.

Altı ümumi milli yayımçının keyfiyyət monitorinqi zamanı, komissiya aşağıdakı məsələləri izləyib: balans, dəqiqlik, aktuallıq, vacib məlumatların işıqlandırılmaması, eləcə də nifrət və dezinformasiya, ayrı -seçkilik və vizual / audio manipulyasiya .

Media monitorinq göstərdi ki, plüralist və rəngərəng seçkiqabağı media mühitində medianın bir hissəsi qütbləşib, bir hissəsi dezinformasiya yaymaqla, manipulyasiya etməklə və tamaşaçını səhvə sürükləməklə məşğuldur.

Kommunikasiya Komissiyasının media monitorları beynəlxalq standardları qoruyaraq, Avropa Şurasının media eksperti, “Memo 98” təşkilatının icraçı direktoru Rasto Kuzel tərəfindən hazırlanıblar.