Kocoridə, Yunkerlər Memorialında Gənc Legionun məzunları mükafatlandırılıb
Kocoridə, Yunkerlər Memorialında Gənc Legionun məzunları mükafatlandırılıb

 

Gürcüstanın müdafiə nazirinin müavini Davit Sucaşvili, Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili və Milli Qvardiyanın komandanı, briqada generalı Roman Coxadze Kocoridə gənc legionun mükafatlandırma mərasiminin keçirildiyi Yunkerlər Memorialında olublar.

Davit Sucaşvili general Qiorqi Mazniaşvili adına Gənc Legionun nümayəndələrinə hərbi işə maraq göstərdiklərinə görə təşəkkür edib. O, ölkə üçün könüllü təşkilatların əhəmiyyətinə və onlara yönəlik dövlətin dəstəyinə xüsusi diqqət yetirib. Milli Qvardiyanın komandanı da gənclərə müraciət edib.

Hərbi və yürüş kursunu müvəffəqiyyətlə başa vuran 110 tələbəyə Gənc Legion rütbələri və sertifikatlar təqdim olunub. Onlar 10 həftəlik proqram çərçivəsində ilkin hərbi və yürüş təlimlərindən keçiblər. Kursu bitirdikdən sonra Gənc Legiona qoşulublar. Daha sonra müdafiə nazirinin əmri ilə Gənc Legionun və “Aisi” ictimai təşkilatının komanda heyəti ictimaiyyət arasında Müdafiə Nazirliyinin populyarlaşdırılmasına görə qurum medalları “Vətənə fədəkarlıq” və “Layiqli tərəfdaş” ilə təltif edilib.

Tədbirdə legionerlərin ailə üzvləri və azarkeşləri iştirak ediblər.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.