Köhnə İpodromun yanında estakadanın tikilməsi ilə bağlı tender elan edildi
Tbilisidə, köhnə İpodromun yanında estakadanın tikilməsi ilə bağlı tender elan edildi.
Dövlət ticarət agentliyinin veb-səhifəsində yayılan məlumata görə, inşaatın dəyəri təqribən 2,9 milyon laridir.
Layihə Tsitsadze-Kartozia küçələrinin kəsişməsində nəqliyyat keçidinin inşaatını nəzərdə tutur.
Nəticədə, avtonəqliyyat axını, Kazbegi prospektindən Çabua Amirecibi yol kəsiyinə, Yeni Saburtalo yoluna doğru maneəsiz hərəkət edə biləcək.
Layihə sənədində qeyd olunur ki, mövcud olan nəqliyyat keçidi nəqliyyatın tam keçməsini təmin edə bilmir və həmin ərazidə tez-tez tıxanclar yaranır, pik saatlarında isə, orada hərəkət etmək tamamilə qeyri-mümkündür.
Tenderdə iştirak etmək istəyən şirkətlərin ərizələri fevralın 3-də başlayacaq və 8-də başa çatacaq.
Layihənin həyata keçirilməsi 2016-cı ildə başlamalı idi, ancaq o zamanlar, qeyd olunan ərazinin yarısı şəxsi mülkiyyət idi və estakadanın tikilməsi üçün problem yaranmışdı.