Koba Nakopia bəyan edir ki, Nika Melia girov ödəməyi düşünmür
Koba Nakopia bəyan edir ki, Nika Melia girov ödəməyi düşünmür

“Milli Hərəkatın” üzvləri iki saatlıq məsləhətləşmələrdən sonra Rustavinin 12-ci təcrid müəssisəsindən qayıtdılar.

Görüşdən sonra, onlar bəyan etdilər ki, “Milli Hərəkatın” lideri Nika Melia girov ödəməyi düşünmür.

Partiyanın üzvü Koba Nakopia bəyan edir ki, “Milli Hərəkat” Şarl Mişelin təqdim etdiyi sənədi ancaq Nika Melia şərtsiz azad buraxılsa imzalayacaq. Nika Melia isə, girov ödəməyi düşünmür.

Ona qədər isə, medyaya şərhi partiyanın üzvü Tina Bokuçava verdi və bəyan etdi ki, bu gün Nika Melia ilə son və qərarverici məsləhətləşmə keçirildi.