Koba Nağopia "Milli Hərəkat"-ın Siyasi Şurasının sədri vəzifəsində Nika Meliyanı əvəzləyib
Koba Nağopia "Milli Hərəkat"-ın Siyasi Şurasının sədri vəzifəsində Nika Meliyanı əvəzləyib

 
“Milli Hərəkat”-ın Siyasi Şurasının sədri vəzifəsində Nika Meliyanı Koba Nağopia əvəzləyib.

Sözügedən qərarı partiya siyasi şuranın bu gün keçirilən iclasında qəbul edib.

Bununla yanaşı, partiyanın baş katibi vəzifəsini Petre Tsiskarişvili tutub.

Bundan başqa, Zaal Udumaşvili bundan sonra “Milli Hərəkat”-ın Tbilisi rayon təşkilatının sədri olmayacaq, Nika Melia təşkilatın sədr vəzifəsini icra edəcək.

Partiyada izah edirlər ki, seçkidən sonra daxili struktur yenidənqurma prosesi normal haldır.