Kiyevdəki "çadırlar şəhərində" vəziyyət necədir
Kiyevdəki "çadırlar şəhərində" vəziyyət necədir

Ukraynada “çadırlar şəhərinin” yanında hazırda sakitlikdir.

Birinci kanalın jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, Odessanın sabiq qubernatorunun tərəfdarlarının bir hissəsi çadrlarda qalır, digər hissəsi isə, Saakaşvilinin aparıldığı ilkin təcridxananın yanına yığılıb.

Mixeil Saakaşvili dünən gecə Ukraynada həbs edildi. Hazırda o ilkin təcridxanaya yerləşdirilib.

Saakaşvilinin vəkilinin dediyinə görə, sabiq prezident aclığa başlayıb.

Ukrayna prokurorluğu Saakaşvilinin ev həsdini tələb edir.

Medyanın məlumatına görə, Saakaşvili, Ukrayna Milli Polis departamentlərdən birinin rəhbərinin evində həbs edilib.