Kiyevdə rus əsgərləri tərəfindən müharibə cinayətlərinin törədilməsi ilə əlaqədar ilk məhkəmə prosesi keçirilir
Kiyevdə rus əsgərləri tərəfindən müharibə cinayətlərinin törədilməsi ilə əlaqədar ilk məhkəmə prosesi keçirilir.
Sumı vilayətində silahsız şəxsi qətlə yetirməkdə və müharibə qaydalarını pozmaqda ittiham olunan Vadim Şişimarin barəsində cinayət işi açılıb. İttihamın təsdiqlənməsi halında, onu 15 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Prokuror, Yaroslav Uşapivskinin sözlərinə görə, Şişimarin əməllərini etiraf edib və istintaqla əməkdaşlıq edib.
Onun sözlərinə görə, rus hərbçinin təqsirli olması təkcə onun etirafı ilə deyil, həm də ekspertizanın rəyi və şahidlərin ifadələri ilə təsdiqlənir. Bundan əlavə, istintaq Şişimarinin atəş açdığı silahı təqdim edib.
Vadim Şişimarinin 21 yaşı var. O, Moskva vilayətinin 4-cü tank diviziyasında xidmət edib. Ukraynalı hərbçilər Sumı vilayətində gedən döyüşlər zamanı onu əsir götürüblər.