Kiyev Prokurorluğu Mixail Saakaşvilini esktradisiya yoxlaması çərçivəsində bu gün dindirəcək
Kiyev Prokurorluğu Mixail Saakaşvilini esktradisiya yoxlaması çərçivəsində bu gün dindirəcək

Kiyev Prokurorluğu Mixail Saakaşvilini esktradisiya yoxlaması çərçivəsində bu gün dindirəcək, – bu barədə məlumatı Ukrayna mətbuatı Ukrayna Ədliyyə Nazirliyinə istinadən yayır.

Qeyd olunan məlumatı, Ukrayna teleşirkətlərinin birinin efirində Kiyev Prokurorluğunun mətbuat katibi, Nadejda Maksimets də təsdiq etdi.

Xatırladaq ki, gürcü tərəfi Mixail Saakaşvilinin esktradisiyası tələbini göndərib, bunun əsasında da Ukrayna Ədliyyə Nazirliyi esktradisiya yoxlamasına başlayıb.

“Müvafiq çağırış cənab Saakaşviliyə vəkilinin vasitəsi ilə həqiqətən göndərilib. Halbuki bizdə təsdiqləmə yoxdur ki, o, gələcək. Bununla yanaşı, bu standart prosedurdur ki, esktradisiya yoxlama çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, yoxlamanı Ədliyyə Nazirliyinin tapşırışı ilə yerinə yetiririk”, – Maksimets bəyan etdi.