KİV-Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi oliqarx İqor Kolomoyskinin əmlakına həbs qoyulması ilə bağlı prokurorluğun tələbini təmin etməyib
KİV-Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi oliqarx İqor Kolomoyskinin əmlakına həbs qoyulması ilə bağlı prokurorluğun tələbini təmin etməyib

 
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi oliqarx İqor Kolomoyskinin əmlakına həbs qoyulması ilə bağlı prokurorluğun tələbini təmin etməyib. Məlumatı “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi”nə istinadən “İnterfaks-Ukrayna” ictimai təşkilatı yayır.

“Əvvəllər həbs qoyulmuş aktivlər indi satıla və ya yenidən sənədləşdirilə bilər. Müvəqqəti həbs ümumilikdə 48 saat davam etdi və Ali Antikorrupsiya Məhkəməsinin hakimi Tkaçenko müvafiq vəsatəti 10 gün ərzində dayandırdı və onu müzakirə etmədi”- “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi”nin nümayəndələri bildirirlər.

Məlumat üçün bildirək ki, milli antikorrupsiya qurumları sentyabrın 7-də İqor Kolomoyskinin əmlakına həbs qoyulması ilə bağlı Ali Antikorrupsiya Məhkəməsinə müraciət ediblər. Kolomoyskinin əmlakına 48 saat həbs qoyulub.