Kipr prezidenti, Kiprin Türkiyəyə qarşı BMT-yə şikayət daxil edəcəyini bildirir
Kipr Türkiyəyə qarşı BMT-yə şikayət daxil edəcək, çünki “Ankaranın adanın separatist şimalına tam nəzarəti ələ keçirmək istədiyini hesab edir”-mətbuatın məlumatına görə bu barədə Kipr prezidenti Nikos Anastasiades bildirib.
Kipr prezidentinin sözlərinə görə, Türkiyə Kipr türkləri ilə yeni maliyyə yardımı sazişi imzalayıb, eləcə də hava nəqliyyatındakı dəyişikliklər Türkiyənin istəklərinin açıq şəkildə nümayiş etdirilməsidir.
Anastasiades qeyd edib ki, o, Türkiyənin Kipr türklərinin əsas hava limanını daxili uçuş marşrutu olaraq təyin etməsinə də etiraz edəcək, çünki faktiki olaraq bu onu Türkiyə hava limanına çevirəcək.
Media yazır ki, Kipr türklərinin lideri Ersin Tatar Anastasiadisin dediklərini “Kipr yunanlılarının təbliğatı” olaraq təkzib edib. Ersin Tatar həmçinin bildirib ki, maliyyə razılaşması Kipr türklərinin iqtisadiyyatının bərpası üçün “böyük əhəmiyyət kəsb edirdi”. Qərb mediası bu razılaşmanın Türkiyə vətəndaşlarının adada mülk almasını asanlaşdıracağını yazır.