Kinorejissor Giorgi Danelia vəfat etdi

88 yaşında, uzun sürən xəstəlik nəticəsində, məşhur gürcü rejissoru Giorgi Danelia vəfat etdi.

Fevralın sonunda gürcü rejissoru Moskva xəstəxanasına pnevmoniya diaqnozu ilə yerləşdirildi.

Giorgi Danelia 1930-cu ilin avqustun 25-də Tbilisidə anadan olmuşdu. Doğulmasından bir il sonra, onun ailəsi Moskvaya köçdü.

Ötən əsrin 50-ci illərində o Moskvanın Arxitektura İnstitutunu bitirdi və arxitektor işləyirdi.

1959-cu ildə, rejissor kurslarını keçdikdən sonra, kinostudiyada rejissor olaraq, çalışmağa başladı.

Kino fəaliyyətini isə, 1960-cı ildən başladı.

Danelianın çəkdiyi filmlər siyahısında “Mimino”, “Moskva küçələrində gəzirəm”, “Afonya”, “Kin-dza-dza”, “Dərt etmə”, “Payız marafonu” və sairə var.