Kim Çen İn və onun atası 1990-cı illərdə, qərb ölkələrinə Braziliya passportları ilə, saxta adlarla səfər edirdilər
Kim Çen İn və onun atası 1990-cı illərdə, qərb ölkələrinə Braziliya passportları ilə, saxta adlarla səfər edirdilər

Şimali Koreya lideri Kim Çen Inın Braziliya pasportunun olduğu barədə iddialar yayılıb.

“Reuters” agentliyinə Avropa xüsusi xidmət orqanlarından bu barədə məlumat daxil olub.

Məlumata görə, 90-cı illərdə Kim Çen In başqasının adına olan həmin pasportla Qərb ölkələrinə səyahət üçün viza almağa çalışıb. Oxşar pasportdan KXDR liderinin atası, keçmiş dövlət başçısı Kim Çen İrdə də olub.

“Reuters” agentliyi həmin pasportların səhifələrinin surətini dərc edib. Həmin sənədlərə görə, pasportların sahibləri guya San Paulo şəhər sakinləri – Cozef Pvaq və İcon Çoydur. Fotoda  Kim Çen In və onun atasına bənzəyən şəxslər əks olunub.

Hər iki pasport 1996-cı ildə Braziliyanın Praqadakı səfirliyi tərəfindən verilib.

Həmin pasportların sahiblərinin viza almaq üçün azı iki Qərb dövlətinin səfirliyinə müraciət etdiyi bildirilir. Viza ərizələrinin təmin olunub-olunmadığı bəlli deyil.

Braziliya Xarici İşlər Nazitliyi məsələnin araşdırıldığını bildirib.