Kibertəhlükəsizlik Bürosunun nümayəndələri NATO-nun kibermüdafiə təlimində iştirak ediblər
Kibertəhlükəsizlik Bürosunun nümayəndələri NATO-nun kibermüdafiə təlimində iştirak ediblər

 

Gürcüstan Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosunun nümayəndələri NATO-nun kibermüdafiə təlimində iştirak ediblər.

Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında „Cyber Coalition 2022“nin NATO üzvü və tərəfdaş ölkələrdən minə qədər iştirakçını birləşdirən dünyanın ən böyük kiber təlimlərindən biri olduğu deyilir.

Beş günlük kibertəlim real mühitdə müxtəlif ssenarilərin simulyasiyasını və onlara cavab alqoritminin hazırlanmasını əhatə edir.

Təlim şəbəkələrin qorunması və kiberməkanda birgə işləmək bacarıqlarının gücləndirilməsi, eləcə də tərəfdaşlarla konvergensiyanın dərinləşdirilməsi hədəfinə xidmət edir.