Xüsusi Təyinat Qüvvələrinin yaralanan əməkdaşının vəziyyəti ağırdır
Xüsusi Təyinat Qüvvələrinin yaralanan əməkdaşının vəziyyəti ağırdır

Tbilisidə, Qabriel Salosi küçəsində həyata keçirilən xüsusi əməliyyat zamanı başından yaralanan Xüsusi Təyinat Qüvvələrinin əməkdaşının vəziyyəti bu vaxta qədər ağırdır.

İnqorokva klinikasında yaralının yaxınları yığılıblar. Onların və həkimlərin dediyinə görə, yaralının durumu kritikdir.

Son məlumata görə, o süni nəfəs aparatına birləşdirilib.