Xüsusi əməliyyat zamanı həlak olanın ailəsinə "Kartu" fondu yaşayış mənzili aldı
Xüsusi əməliyyat zamanı həlak olanın ailəsinə "Kartu" fondu yaşayış mənzili aldı

Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyat zamanı həlak olan xüsusi təyyinatlı dəstəsi əməkdaşı, İvane Qolaşvilininin ailəsinə yaşayış mənzili verildi. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayır.

Nadzaladevidə yerləşən, təmir olunmuş, lazımi mebel və texnika ilə təchiz olunmuş yaşayayış mənzilini İvane Qolaşvilininin ailəsinə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Vaxtanq Qomelauri şəxsən təhvil verdi və Barbaroba bayramını təbrik etdi.

 

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, mənzili “Kartu” fondu aldı. Həlak olan xüsusi təyyinatlı dəstənin üzvünün ailəsinə dövlət bir dəfəlik 100 000 lari ilə yardım etdi, hər ay isə 1000 lari ayrılacaq.