Xüsusi Əməliyyat Qüvvələrinin aeromobil hazırlığı kursu başa çatıb
Xüsusi Əməliyyat Qüvvələrinin aeromobil hazırlığı kursu başa çatıb

 

 

Xüsusi Əməliyyat Qüvvələrinin mayor Qela Chedia adına təlim mərkəzində ordu kəşfiyyat zabitləri aeromobil hazırlığını başa vurublar. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.

Qurumdan verilmiş məlumatda təlimin bir həftə boyunca Muxrovani bazasında keçirildiyi, iştirakçıların paraşütlə tullanma və aeromobil hazırlığı keçdiyi deyilir.

Muxrovanidə kursun başa çatma mərasimi keçirilib və Xüsusi Əməliyyat Qüvvələrinin qərargah rəisi, polkovnik Otar Dolidze iştirakçılara sertifikatlar verib. Mərasimdə kəşfiyyat tədrisi məktəbinin rəhbərləri iştirak ediblər.