Xüsusi dəstə üzvünü, İvane Qolaşvilini dəfn etdilər

Noyabrın 22-də xüsusi əməliyyat zamanı həlak olan, 41 yaşlı xüsusi dəstənin üzvünü, İvane Qolaşvilini Muxatqverdi Qardaşlıq Qəbirstanlığımnda dəfn etdilər.

Hərbi orkestr matəm marşını və Gürcüstan himnini yerinə yetirdi.

İvane Qolaşvilinin dəfn mərasimində ailə üzvləri, yaxınları, sıravi vətəndaşlar, DTX-nin rəhbəri və müdafiə naziri, həmçinin Silahlı Qüvvələr Baş Qərargahının tam tərkibi iştirak edirdi.

41 yaşlı xüsusi dəstənin üzvünün ailəsi dövlətdən birdəfəlik 100 00 lari, hər ay isə 1000 larilik yardım alacaq.

İvane Qolaşvili noyabrın 22-də,  Beri Qabriel Salosi keçəsində xüsusi əməliyyat zamanı baş nahiyyəsindən yaralandı, ona edilən əməliyyata baxmayara, xilas edilməsi mümkün olmadı.