Xorava küçəsində yaralanan ikinci şagird də dünyasını dəyişdi

Xorava küçəsində yaralanan ikinci şagird, Respublika Xəstəxanasında dünyasını dəyişdi. Az sonra, Respublika Xəstəxanasında  həkimlər bu barədə jurnalistlərə şərh verəcəklər.

DİN-nin məlumatına görə, Tbilisidə, Xorava küçəsində dekabrın birində, həddi büluğa çatmayanlar arasında dalaş baş verdi. İlkin məlumata görə, mübahisə zamanı, soyuq silahla 2001-ci il doğumlu D.S. və 2001-ci il doğumlu L.D. yaralandı.

Yaralanan gənclərdən biri, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişdi.

Baş verən faklta əlaqədar, Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsi istintaqa GCM-nin 109-cu maddəsi (qəsdən qətl) ilə başladı.