Xorava küçəsində qətl ittihamı ilə DİN daha bir nəfəri axtarır
Xorava küçəsində qətl ittihamı ilə DİN daha bir nəfəri axtarır
Tbilisidə, Xorava küçəsində baş vermiş qətl faktı üzrə, güman edilən cinayətkar müəyyən edilibdir və onun yaxalanması üçün operativ-axtarış və istintaq tədbirləri həyata keçirilir, – bu barədə DİN-də bəyan edirlər. Elə onların məlumatına görə, əsdən qətl itthamı ilə 2001-ci il doğumlu şəxsi yaxaladılar.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları, isti izlə keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 2001-ci il doğumlu Q.B-nı qəsdən qətl ittham ilə yaxaladı.
İstintaq müəyyənləşdirdi ki, cari ilin dekabrın birində, Ak.Xorava küçəsində, həyətlərin birində gənclər arasında baş vermiş ağızlaşma dalaşa çevirildi, bu vaxtı Q.B. həddi büluğa çatmayan L.D-ya bıçaqla, səhhətinə bir neçə zərbə yetirdi və hadisə yerindən gizləndi. Yaralı L.D. xəstəxanaya çatdırılana kimi həlak oldu.
Hüquqmühafizəçilər Q.B-nı isti izlə, baş verənlərdən bir neçə saata yaxaladı. Polis cinayətin törədildiyi silahı – biçağı dəlil kimi götürdü. O ki, qaldı həmin hadisə zamanı, həddi büluğa çatmayan D.S.-nın yaralama faktına, o, Respublika Xəstəxanasında bu gün dünyasını dəyişdi.
Güman edilən cinayətkar müəyyən edilibdir və onun yaxalanması üçün operativ-axtarış və istintaq tədbirləri həyata keçirilir
İstintaq, qəsdən qətl faktı üzrə həyata keçirilir (GCM-nin 109-cu maddəsi)”,-  DİN-də bəyan edirlər.