Xəstəliklərə Nəzarət Mərkəzi - iyulun 1-nə olan vəziyyətə əsasən "Covid-19"dan dünyasını dəyişən pasiyentlərin 59 faizində müxtəlif xroniki xəstəliklər müşahidə olunurmuş
Xəstəliklərə Nəzarət Mərkəzi - iyulun 1-nə olan vəziyyətə əsasən "Covid-19"dan dünyasını dəyişən pasiyentlərin 59 faizində müxtəlif xroniki xəstəliklər müşahidə olunurmuş

 

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi 2020-2022-ci illərin hesabatını dərc edir.

Dərc edilən hesabatda, “Covid-19″dan dünyasını dəyişən pasiyentlərin 59 faizində müxtəlif xroniki xəstəliklərin müşahidə olunduğu deyilir.

“Ölüm haqqında tibbi arayışda “Covid-19″dan dünyasını dəyişən pasiyentlərin 59 faizində müxtəlif xroniki xəstəliklərin müşahidə olunduğu, o cümlədən 59 faizində ürək-damar və hipertenziya, 25,6 faizində şəkərli diabet, 5,7 faizində onkoloji xəstəlik qeydə alınıb.

Hesabata əsasən, ölümlə nəticələnən bütün hallarda xəstəliyin gedişatı ağır və ya kritik olub. Halların 82 faizində xəstəlik pnevmoniya ilə mürəkkəbləşib.

Həmçinin, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin hesabatına əsasən, dünyasını dəyişənlərin 79 faizində tənəffüs çatışmazlığı qeydə alınırmış. Dünyasını dəyişən pasiyentlərin 29,1 faizində tənəffüs çatışmazlığı sindromu, 21,7 faizində isə ürək çatışmazlığı inkişaf edib.