Xəstəliklər Nəzarətinin Milli Mərkəzində bəyan edirlər ki, beynəlxalq statistikaya əsasən, Gürcüstan koronavirusdan ölüm halları ilə dünyanın ilk 20-liyinə belə daxil edilməyib
Xəstəliklər Nəzarətinin Milli Mərkəzi Gürcüstanın koronavirusdan ölüm hallarının statistikası ilə ilk yerlərdə olduğu barədə yayılan məlumatı dezinformasiya adlandırdı.
Mərkəzin direktoru Natia Sxvitaridze bəyan edir ki, yayılan məlumat doğru interpretasiya edilməyib, çünki qəsdlə elə ölkələr göstərilib, hansılarda koronavirusdan ölüm halları göstəriciləri çox azdır.
“Yayılan məlumat yanlış interpretasiya edilib, halbuki, əslində, Gürcüstan koronavirusdan ölüm hallarının sayı ilə rəsmi olaraq, dünyanın ilk 20-liyinə belə daxil edilməyib”, dedi Natia Sxvitaridze.