Xelvaçauridə , keçmiş hərbi bazanın ərazisində, ötən əsrin 30-cu illərində repressiya olunmuş şəxslərin daha bir kütləvi məzarlığı aşkar edilib
Xelvaçauridə , keçmiş hərbi bazanın ərazisində, ötən əsrin 30-cu illərində repressiya olunmuş şəxslərin daha bir kütləvi məzarlığı aşkar edilib

 
Xelvaçauridə , keçmiş hərbi bazanın ərazisində, ötən əsrin 30-cu illərində repressiya  olunmuş  şəxslərin daha bir kütləvi məzarlığı aşkar edilib.
29 nəfərin qalıqları tapılıb. Arxeoloqlar və tarixçilərin ehtimalına görə, onlar 1938-ci ilin martında güllələnmiş şəxslərdir.

Batumi və Lazeti yeparxiyasının dəvəti ilə Polşa Milli Yaddaş İnstitutunun altı nəfərdən ibarət qrupu tərəfindən iki həftədir arxeoloji işlər aparılır. İlkin antropoloji müayinədən sonra qalıqlar monastr ərazisinə köçürüləcək.

” Bu, hərbi bazanın ərazisində apardığımız işlər nəticəsində aşkar etdiyimiz altıncı məzardır. 2016-cı ildə bu işə Meupe Dimitrinin xeyir-duası ilə başladıq. Əvvəllər aşkar edilmiş məzarlardan 120 nəfərin qalıqlarını çıxardıq. Bu altıncı məzarda 29 nəfərin qalıqları tapılıb.

Qalıqlarla yanaşı, sikkələr və güllələnmiş şəxsi əşyalar da tapılıb. Qalıqlar 1937-1938-ci illərdə Stalin dövründə repressiyaya məruz qalmış insanlara məxsusdur” -bu barədə Batumi və Lazeti yeparxiyasından bildirilib.