Xatuna Zaxaşvili - Hər şey edilir ki, koronavirus hallarının kəskin artmasına yol verilməsin

Hər şey edilir ki, koronavirus hallarının kəskin artmasına yol verilməsin, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin yoluxucu xəstəliklər departamentinin rəhbəri Xatuna Zaxaşvili Gürcüstanın Birinci Kanalının “Moambe” proqramında verdi.

Onun dediyinə görə, önəmlidir ki, halların artması elə sayda olsun ki, Səhiyyə sistemi onlara gərəkən reaksiya verə bilsin.

“Hallar artacaq, ancaq proses hələlik nəzarət altındadır. Əsas olan odur ki, gələcəkdə də vəziyyəti nəzarət altında tuta bilək” – dedi Zaxaşvili.