“Lançxuti” qadın futbol dəstəsinin üzvü Xatia Çkonia Gürcüstanın qadın futbol komandası ilə bərabər Avro 2022-nin kvalifikasiya mərhələsinin iki qərar verici matçı üçün hazırlaşır.
Komandasının çempionlar liqasının ən yaxşı 32 komandası arasına düşməsində böyük rolu olan idmançı ümid edir ki, Gürcüstan komandası müvəffəqiyyətlə oynayacaq.
„İndi Gürcüstan komandası Avro 2022-ninn kvalifikasiya mərhələsinin son iki matçını keçirəcək. “Lançxuti” ilə görüşdən sonra komandada hamımız daha böyük motivasiya ilə gəldik. Təbii ki, əvvəlcədən demək çətindir, ancaq ümid edirik ki, Malta ilə matçda qalib olacağıq” – deyir Xatia Çkonia.
Onun dediyinə görə, “Lançxutinin” çempionlar liqasının ən yaxşı 32 komandası arasına düşməsi təsadüfi deyil.
“Real olaraq, “Lançxutinin” müvəffəqiyyəti çempionatın səviyyəsinin yüksəlməsinin nəticəsidir. Bunun üçün Futbol Federasiyasına, Levan Kobiaşviliyə və Davit Muciriyə təşəkkür edirik. Mən oyuna 2009-cu ildə başladım. O zaman Gürcüstanda çempionat yox idi. Real olaraq, qadın futbolu da yox idi. Son beş ildə çox şey dəyişdi. İndi çox sayda maraqlı gənclərimiz var və aşkardır ki, Gürcüstanda qadın futbolu həqiqətən inkişaf etməyə başladı” – deyir Xatia Çkonia.