Xatia Dekanoidze - İqtidar pandemyia ilə bağlı vəziyyətdən hakimiyyətdə qalmaq üçün istifadə edir

“Güc birlikdədir” adlı birləşmiş müxalifətdə bəyan edirlər ki, iqtidar pandemiyadan istifadə edərək, seçkiləri saxtalaşdırmağa çalışır.

Bugün keçirdiyi brifində, “Milli Hərəkatın” üzvü və İsani majoritar deputatlığa namizəd Xatia Dekanoidze bəyan etdi ki, öz təcriddə olan şəxslərin qeydiyyat müddəti oktyabrın 26-da başa çatır və oktyabrın 26-dan sonra öz təcridə keçən insanların seçkilərdə necə iştirak edəcəkləri bəlli deyil.

Müxalifətdə bəyan edirlər ki, seçki qutularının siyahısı da naməlumdur.

“Faktdır ki, iqtidar pandemiya vəziyyətindən hakimiyyətdə qalmaq üçün istifadə edir. Biz dünən də Mərkəzi seçki Komisiyasının sədri xanım Tamar Jvaniya ilə, İsanidə və bütün Gürcüstanda, saxtalaşdırma cəhdləri ilə bağlı, görüş tələb etdik. Misal üçün, bizim rayonda, dörd xüsusi seçki məntəqəsi açılıb, ancaq hələdə bilmirik, orada neçə nəfər qeydiyyatdan keçib.

Bizə deyirlər ki, xüsusi seçki məntəqəsində öz təcriddə olan covid-infeksiyalı adamlar olacaqlar, hansıların siyahısını seçkilərdən üç-dörd gün öncə öyrənəcəyik.

Biz bu siyahıları mütləq yoxlayacağıq.

Təhlükəsizlik qaydalarını qoruyaraq, hamımızın seçkilərdə iştirak etməsi çox vacibdir. Bu ona görə vacibdir ki, iqtidar bizim səslərimizi mənimsəməsin. Biz hər bir səs üçün mübarizə aparacağıq. İqtidara müraciət edirik, hərhansı manipulyasiyalarla bizim səslərimizi oğurlamağa cürət etməyin, çünki bu sizin üçün çox pis qərar olacaq” – dedi Xatia Dekanoidze.