Xaşuri-Zestafoni dəmir yolu magistralında dayandırılan qatarların buraxılması mərhələ şəklində davam edəcək
Dəmir yolu magistralında hərəkət edən qatarların dayandırılması ilə bağlı Dəmir Yolu departamenti bəyanat yaydı.
Bəyanatda deyilir ki, ağır meteoroloji şəraitlərə görə, elektrik enerjinin məhdudlaşdırılması nəticəsində, Xaşuri-Zestafoni magistralında hərəkət edən qatarlar üçün müvəqqəti problem yarandı.
“Hazırda elektrik enerji təminatı bərpa olundu və qatarların buraxılması mərhələ şəklində davam edəcək” – deyilir dəmir yolu departamentinin bəyanatında.