Xalq Müdafiyəçisi Zviad Devdariani tərəfindən İctimai Yayımçının qəyyumlar şurasının üzvlüyündən namizədliyini geri çəkməsini doğru qərar hesab edir.
Xalq Müdafiyəçisi apparatı tərəfindən yayılan bəyanatda deyilir ki, Lomcaria ehtimal olunan seksual narahat etmə faktları barədə məlumatı, namizədin adlandırılmasından sonra öyrəndi.
“Gürcüstanın Xalq Müdafiyəçisi “Qadınlar hərəkatının” Zviad Devdarianinin namizədliyi ilə bağlı bəyanatına səslənir. Zviad Devdarianiyə qarşı irəli sürülən ittihamların hüquqi baxımdan, bu mərhələdə təsdiqlənməməsinə rəğmən, Xalq Müdafiyəçisi onun namizədliyinin geri çəkməsini doğru qərar hesab edir.
Xüsusi ilə vurğulanmalıdır ki, qadın hüquqlarının qorunması Xalq Müdafiyəçisi aparatının əsas prioritetlərindən biridir və onun dünən təqdim etdiyi namizədlərə qarşı irəli sürüləm suçlamalar haqqında xalq müdafiyəçisinin məlumatı yox idi” – deyilir Xalq Müdafiyəçisi apparatının bəyanatında.
Xalq Müdafiyəçisi tərəfindən İctimai Yayımçının qəyyumlar şurasının üzvlüyünə namizəd olaraq tədim edilən Zviad Devdariani isə, bəyan etdi ki, öz namizədliyini geri çəkir.