Xalq Müdafiyəçisi müxalifət partiyalarına müraciət edir ki, epidemioloji vəziyyətdən irəli gələrək, etiraz aksiyaları zamanı gərəkən requlyasiyaları nəzərə alsınlar
Xalq Müdafiyəçisi Nino Lomcaria ölkədə epidemioloji vəziyyət və keçirlən etiraz aksiyaları ilə bağlı fövqəladə müraciət yayır.
Xalq Müdafiyəçisinin bəyantında deyilir ki, son dövrdə ölkədə covid-infeksiyalılarının sayı əhəmiyyətli dərəcədə artır.
“Son günlərdə xalq müdafiyıçisi aparatına çox sayda insan müraciət edir və bəyan edir ki, tibb müəssisələrində yaranna vəziyyətə görə, keyfiyyətli tibbi xidmət ala bilmirlər. Covid-19-un müalicəsi artıq o qədər də əlyetərli deyil. Həmçinin, virusun yayılmasının artdığına görə, müxtəlif medya vasitələrində tibb müəssisələrində mövcud olan ağır vəziyyətlə bağlı məlumat yayılır.
Gürcüstanın xalq müdafiyəçisi illərdir Gürcüstanın Səhiyyə sistemində mövcud olan problemlər haqqında danışır. İnfrastruktur problemləri ilə bərabər, ölkədə kvalifikasiyalı tibb personalının defisit məsələsi də mövcuddur. Keyfiyyətli tibb personalının olmaması isə, krizisin idarə edilməsi prosesində ciddi baryerə çevrilə bilər. Həmçinin, tibbi personalın tez-tez infeksiyaya yoluxması şərtərində, vəziyyət daha da ağırlaşa bilər.
Səhiyyə sahəsində yaranan ağır vəziyyətə paralel olaraq, ölkədə əhalinin mobilliyi də artıb.
Xüsusi ilə də seçkilərin nəticələri ilə bağlı şikayətlərin müzakirəsi və bəzi seçki məntəqələrində səslərin yenidən hesablanması tələbi ilə keçirilən etiraz aksiyaları nəzərdə tutulur.
Belə aksiyalarda sosiyal məsafənin və gərəkən qaydalarn qorunması çətin olur və qeyd oluna vəziyyət epidemiolji durumu və infeksiya risklərini daha da artırır.
Xalq Müdafiyəçisi hesab edir ki, mövcud olan vəziyyətdən irəli gələrək, tibb sektorunun üzərinə düşən yükün rasional bölüşdürülməsi və azaldılması üçün müvafiq tədbirlərin keçirilməsi zəruridir.
Xalq Müdafiyəçisi iqtidara müraciət edir: Ölkədə covid-19 infeksiyasının templərinin azaldılması üçün bütün müəyyən edilən prevensiya tədbirlərini təmin etsin.
Seçki administrasiyalarına müraciət edirik ki, ədalətli və şəffaf prosedurların qorunması ilə, seçkilərlə bağlı şikayətləri və tez zamanda müzakirə etsinlər və gərəkən seçki məntəqələrində səslərin yenidən hesablanması təmin edilsin ki, seçki administrasiyalarına qarşı etiraz aksiyaları azalsın.
Müxalifət partiyalarına müraciət edirik ki, epidemioloji vəziyyətdən irəli gələrək, etiraz aksiyalarının təşkil edilməsi prosesində, virusun yayılmasının prevensiyası üçün gərəkən requlyasiyaların qorunmasını təmin etsinlər ki, bu da insan sağlamlığı və həyatı üçün yaranan təhlükələri azaldsın.
Gürcüstan əhalisinə müraciət ediri ki, karantin və öz təcrid ilə bağları bütün tələbləri yerinə yetirsinlər. Həmçinin, açıq məkanlarda sosiyal məsafənin qorunmasını, higiena qaydalarının qorunmasını təmin etsinlər və tibbi maskadan düzgün şəkildə istifadə etsinlər” – deyilir Xalq Müdafiyəçisinin bəyanatında.