Xalq müdafiyəçisi qeyri-hökümət təşkilatları ilə fəal əməkdaşlıq etməyi planlaşdırır

Bugün Nino Lomcaria ombudsmen təyin edildikdən sonra, üçüncü sektorla ilk görüşünü keçirdi.

Görüşün məqsədi qeyri-hökümət təşkilatının fikirlərini dinləməkdir.

“QHT-lərin nümayəndələrini bizim mövqelərimiz və fikirlərimizlə tanış etdik. Əsas aksent parlament üçün hazırlanan hesabata yetirlidi, hansı ki, mart ayında, parlamentə yeni formatla təqdim ediləcək.

İlk növbədə qeyri-hökümət təşkilatlarından onları narahat edən və parlamentə təqdim ediləcək hesabata daxil edilməsini istədikləri məsələləri dinlədik” – dedi Nino Lomcaria. 

Ombudsmen qeyri-hökümət sektoru ilə bənzər görüşləri öz təşəbbüsü ilə gələcəkdədə keçirəcəyini bəyan etdi.