Xalq Müdafiəçisi Dmanisidə baş verən hadisələrlə bağlı bəyanat yayır
Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcaria Dmanisidə baş verən qarşıdurma ilə bağlı bəyanat yayır.
Lomcarianın dediyinə görə, vətəndaş inteqrasiyası siyasəti gələcəkdə belə problemlərin prevensiyası üçün daha çox dərk edilib, gücləndirilməlidir.
Lomcarianın bəyanatına görə, belə problemlərin prevensiyası üçün həmçinin, baş verən hadisələrin effektiv istintaqı gərəkir.
“2021-ci ilin mayın 18-də, xalq müdafiəçisinin nümayəndələri Dmanisiyə gedib, əhali ilə görüşdlər və baş verən hadisələri onlardan dinlədilər.
Qəbul olunan məlumata görə, münaqişə məişət zəminində baş verdi və iki günlük zorakılığa və qarşıdurmaya çevrilidi. Belə hadisələr Dmanisi əhalisi arasında yeni qarşıdurmaların baş vermə təhlükəsini də yaradır. Çox vacibdir ki, dövlət bu vəziyyətə düzgün dəyərləndirmə versin və həmçinin, vətəndaş inteqrasiyası istiqamətində daha fəal siyasət aparılsın”, – deyilir bəyanatda.
Xalq müdafiyəçisinin dediyinə görə, hüquqmühafizə orqanları tərəfindən effektiv reaksiya olmadı. Qarşıdurmada iştirak edən şəxslər bir-birinə qarşı polisin olduğu halda zorakılıq edirdilər və polis gərginliyin dayandırılmasını vaxtında təmin edə bilmədi.
Xüsusi ilə narahat edən faktlar isə, hadisə yerində olan medya vasitələrinin əməkdaşlarının fiziki hücuma məruz qalmaları və aparaturalarınına zərər verilməsidir.
Xalq müdafiəçisi hüquq mühafizə orqanlarına müraciət edir ki, jurnalistlərə qarşı zorakılq faktları ilə bağlı da istintaq aparılsın.
Xalq müdafiəçisi baş verən hadisələri öyrənməyə davam edir.