Xaişi-Uşquli hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Xaişi-Uşquli hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır

Xaişi-Uşquli hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Sözügedən məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayıb.

“Qar və buzla əlaqədar, Zuqdidi-Cvari-Mestia-Lasdili respublika avtomobil yolunun 70 km-185 km (Xaişi-Uşquli) hissəsində qoşqulu, yarımqoşqu və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağan edilib, 138 km -185 km hissəsində (Mestia-Uşquli) sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. Yolsuzluq avtomobillərinin (iki və ya daha çox aparıcı körpüsü olan) hərəkəti sərbəstdir. Magistral yolunun 1 km-70 km (Zuqdidi-Xaişi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”- məlumatda deyilir.