Keti Dolidze - Mədəniyyət Nazirliyi Milli Hərəkat partiyasına xidmət edir
Keti Dolidze - Mədəniyyət Nazirliyi Milli Hərəkat partiyasına xidmət edir

Tumanişvili teatrının bədii rəhbəri Keti Dolidze Mədəniyyət Nazirliyini tənqid edir və bəyan edir ki, Nazirliyin bugünki rəhbərliyi Milli Hərəkat partiyasına xidmət edir.

Sabiq kinoaktrisa, Tumanişvili teatrının bədii rəhbəri vəzifəsindən azad edilməsi ehtimalı haqqında danışarkən, qeyd etdi ki, bu baş verənlər əvvəlcədən hazırlanan plandır, hansı ki, illər öncə sabiq Mədəniyyət Nazirinin, Nikoloz Ruruanın verdiyi qərara bənzəyir.

“Bunlar ona görə baş verir ki, nazir Tumanişvili teatrının inkişaf etməsini istəmir. Bu planın yenə bir iştirakçısı isə, Kutaisi teatrının sabiq bədii rəhbəri Giorgi Sixarulidzedir, hansı ki, Nazirliyin bu planı ilı razılaşır. Mən bunu necə həzm edəcəyimi bilmirəm. Bəlkədə teatrdan gedəcəm və heç bir yaradıcılıq fəaliyyəti iləməşğul olmayacam.

Nineli Çankvetadzenin dediyinə gəlincə isə, hansı ki, bəyan edir ki, mən güya yaxşı rejissoram, ancaq yaxşı rəhbər deyiləm, cavab olaraq, soruşuram, indiyə qədər harda idi? Niyə indiyə qədər demirdi ki mən yaxşı menecer deyiləm və niyə mənim rekomendasiyamı imzaladı?” – dedi Keti Dolidze.