Ketevan Tsixelaşvili - Milli azlıqların nümayəndələri olan gənclərə öz biliklərini və qabiliyyətlərini göstərə bilmələri və işlə təmin edilmələri üçün imkan yaradırıq
“Milli azlıqların nümayəndələri olan gənclərə öz biliklərini və qabiliyyətlərini göstərə bilmələri və işlə təmin edilmələri üçün bir addım irəli atmalarına imkan veririk ki, onlar ölkədə baş verən proseslərə qoşulsunlar və öz professiyonal karyerasında müvəffəqiyyətli olsunlar” – Bu bəyanatı Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili gürcü dilində hazırılıq proqramı “1+4”-ü təqdim edərkən verdi.
Etnik azlıqların nümayəndələri üçün hazırlanan layihəyi Barış və Vətəndaş Bərabərliyi məsələsi üzrə dövlət Nazirinin aparatı ümumi xidmət bürosu ilə birlikdə həyata keçirir. Layihənin məqsədi gənclərin işlə təmin edilməsinə dəstək vermək və onların vətəndaş inteqrasiyasına qoşulmaları üçün əlverişli şərait yaratmaqdır.
Layihə keçən il Dövlət Naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü ilə, pilot rejimində həyata keçirildi.
1+4 layihəsində iştirak edən gənclərə dövlət strukturlarında özlərinin istədiyi istiqamətdə staj keçmək imkanı verilir.
“1+4 Təhsil proqramı” abxaz, osetin, azərbaycan, erməni dillərində ümumi bacarıqlarda imtahanların tapşırılması üçün imkan yaradır.
Bugündən etibarən, milli azlıqların nümayəndələrinə müsabiqə əsasında staj prosesinə qoşulmaları üçün imkan verilir.
Maraqlanan şəxslər müvafiq aplikasiyaları martın 31-nə qədər Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Gürcüstanın Dövlət Naziri aparatının veb-səhifəsində doldura bilərlər.
Xüsusi komisiya stajorları müəyyən meyarlara əsasən seçəcək.
Müvəffəqiyyətli applikantlar 1-dən 6 aya qədər dövlət idarələrində staj keçəcəklər.