Ketevan Tsixelaşvili-işğal altındakı ərazilərdə yoluxanların sayı artır,məhdud imkanlar şəraitində insanlara,infeksiya ilə mübarizə aparmaq üçün əlimizdən gələni edirik
Uzlaşma və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri,Ketevan Tsixelaşvili bildirib ki, işğal altındakı ərazilərdə yoluxanların sayı artır.
″Bu günə olan göstəricilərə əsasən,xüsusilə vurğulamaq istərdim ki, özlərinin yaydıqları (dərc etdirdikləri) göstəricilərə əsasən, Tsxinvalidə 30 nəfər,Abxaziyada isə 15 nəfər yoluxub.Təəssüflər olsun ki, bizim bu göstəriciləri yoxlama imkanımız yoxdur″-deyə Tsixelaşvili bildirib.
Nazirin sözlərinə görə,göstəriciləri yoxlama imkanına malik deyillər,lakin göstəricilərin açıq şəkildə artması tendensiyası müşahidə olunur və mühüm olan bütün ölçülərin götürülməsidir.
Ketevan Tsixelaşvilinin izahatına görə, Ruxi Klinikası Abxaziyadan pasiyentləri qəbul etmək və onlara xidmət etmək üçün tam hazır vəziyyətə gətirilib.
″Bu günə olan məlumatlara əsasən,işğal altındakı ərazilərdən nəzarət olunan ərazilərə 188 nəfər gətirilib.Onlardan təxminən 80-dək şəxs müxtəlif tibb müəssisələrində,müxtəlif xəstəliklərdən müalicə olunur və pulsuz tibbi xidmətdən yararlanır.Digərləri karantin zonalarındadırlar və ya özlərini təcrid ediblər″-deyə Ketevan Tsixelaşvili bildirib.
Hazırladı-Sevinc Mustafayeva