Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Gürcüstan vətəndaşlarını 26 may tarixi ilə təbrik edir.
“Bugün müstəqillik və azadlıq günüdür, təbrik edirəm! 26 may hər bir vətəndaşımız üçün hədiyyədir və ona qayğı göstərib, qorumalıyıq. Lakin, bizim azadlıq və müstəqillik uğruna mübarizəmiz hələ başa çatmayıb və təbii ki, Gürcüstan ərazisinin 20 faizinin işğal altında olduğu təqdirdə başa çatmayacaq da. Biz mücadələmizi sülh yolu ilə, inkişafla və tərəqqi ilə davam edəcəyik və mütləq qalib gələcəyik.
Dinimizdən və milliyiyətimizdən asılı olmayaraq, bu gün bizimdir və birlikdə daha güclü və vahid Gürcüstan tikəcəyik” – dedi Ketevan Tsixelaşvili.