Kənd və Kənd Təsərrüfatının İnkişafı  Agentliyinin məlumatına görə, 27 minə qədər fermerin aqro kartlarına  artıq beş milyon  lariyə qədər köçürülüb
 Kənd və Kənd Təsərrüfatının İnkişafı  Agentliyinin məlumatına görə, 27 minə qədər fermerin aqro kartlarına  artıq beş milyon  lariyə qədər köçürülüb

 

Kənd və Kənd Təsərrüfatının İnkişafı  Agentliyinin direktoru İlia Tamaraşvili, kənd təsərrüfatının anti-böhran planı çərçivəsində İmereti bölgəsində aqro kartların  paylanılması prosesi ilə tanış olub.

 Mayın 20-dən etibarən “Kənd Təsərrüfatı təyinatlı  Torpaq Sahiblərinin Stimullaşdırılması ” proqramında nəzərdə tutulan balların Liberty Bank-ın aktiv hesabına malik benefisiarlar üçün  hesablanması mərhələli şəkildə aparılır ;   Bank tərəfindən aqro kartların paylanılması da mərhələli şəkildə aparılır  Fermerlər hesablanmış ballarla ixtisaslaşmış mağazalardan kənd təsərrüfatı mallarını ala bilərlər.

Fermerlər  banka gedərkən  şəxsiyyət vəsiqələrini  özlərilə  aparmalıdırlar və yalnız proqramda iştirak və myliberty.ge veb portalında  hesablanmış ballarla bağlı məlumatı yoxladıqdan  sonra banka müraciət etməlidirlər.  

  Proqramın benefisiarları  2021-ci  ilin 20 may tarixinədək hesablanmış aqro-balları  nəğdləşdirə bilərlər.

“Kənd Təsərrüfatı təyinatlı  Torpaq Sahiblərinin Stimullaşdırılması ” dövlət proqramından 200 mindən çox fermer  faydalanacaq. Proqramın büdcəsi 37 milyon laridir.

Hazırladı-Sevinc Mustafayeva