Kənd Təsərrüfatı Nazirliyi - ölkədə buğda unu qıtlığının yaranması üçün heç bir əsas yoxdur
Kənd Təsərrüfatı Nazirliyi - ölkədə buğda unu qıtlığının yaranması üçün heç bir əsas yoxdur

 
Ucuz un ehtiyatı fonunda ölkədə buğda idxalı əsasən un idxalı ilə əvəzlənib, avtomatik olaraq buğda idxalı və buğda ehtiyatı azalıb- bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunub.

Onların verdiyi məlumata görə, ölkədə buğda unu qıtlığının yaranması üçün heç bir əsas yoxdur.

“Bu gün buğda yox, un şəklində kifayət qədər ehtiyatımız var. Təxminən ay yarımdan, iki aydan sonra yerli buğda yığımı başlayacaq. İyul-avqust ayları dünyada dənli bitkilərin yeni məhsulunun yığılma mövsümüdür. Yeni məhsul yeni qiymət siyasətinin işlənməsi ilə şərtlənir. Bu gün buğdanın qiyməti kəskin, faktiki olaraq iki dəfə artıb. Ümid edirik ki, qiymətlərdə azalma tendensiyası başlayacaq. Müvafiq olaraq, artıq bu dövr üçün Gürcüstan hökuməti mövcud vəziyyətə uyğun hərəkət edəcək” -deyə bəyanatda deyilir.