Kənd Təsərrüfatı Nazirliyi - 40 minədək fermerə aqro xal köçürülüb, kiçik torpaq sahəsinə malik 300 mindən çox fermer dövlət proqramından yararlanacaq
Kənd Təsərrüfatı Nazirliyi - 40 minədək fermerə aqro xal köçürülüb, kiçik torpaq sahəsinə malik 300 mindən çox fermer dövlət proqramından yararlanacaq

 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi fermerlərin diqqətinə məlumat yayır.

Qurumdan verilən məlumata görə, 40 minədək fermerə aqro xal köçürülüb, kiçik torpaq sahəsinə malik 300 mindən çox fermer dövlət proqramından yararlanacaq.

“Potensial benefisiarlar üçün “Kənd Təsərrüfatı Təyinatlı Torpaq Sahibkarlarına Dövlət Dəstəyi Proqramı” ilə nəzərdə tutulmuş xalların “Liberty Bank”-ın aqrokartlarına  köçürülməsi  mərhələli şəkildə  həyata keçirilir.

Bundan irəli gələrək, kartı aktivləşdirməzdən və ya yeni kartı almaq üçün banka getməzdən əvvəl “Liberty Bank”-ın myliberty.ge veb saytında kartınıza xalın köçürülməsi barədə məlumatı yoxlamağınız vacibdir və yalnız bundan sonra sizin üçün əlçatan olan “Liberty Bank”-ın filialına müraciət edin.

Proqramda iştirak və köçürülmüş xallar haqqında məlumatı “Liberty Bank”-ın qaynar xətti (2 55 55 00) vasitəsilə də yoxlamaq olar. Fermerlər proqramın təfərrüatları və ya proqrama qoşulmaq/proqramdan istifadə ilə əlaqədar istənilən məsələ ilə bağlı məlumat almaq üçün Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1501) müraciət edə bilərlər.

“Kənd Təsərrüfatı Təyinatlı Torpaq Sahibkarlarına Dövlət Dəstəyi Proqramı” ilə kənd təsərrüfatı təyinatlı torpaqlar üçün subsidiyanın həcmi bir hektar üzrə 300 lari (aqrokarta köçürülmüş 300 bal) müəyyən edilib. Proqram çərçivəsində, 0,25 ha-dan 1,25 ha-dək, torpaq sahibləri/ ortaq mülkiyyətçilər subsidiya alacaq.

Xallar ixtisaslaşdırılmış mağazalarda kənd təsərrüfatı mallarını – herbisidlər, pestisidlər, toxum materialları, kənd təsərrüfatı alətləri və s. satın almaq üçün istifadə edilə bilər. Mağazaların siyahısına ünvanı göstərməklə myliberty.ge -də baxa bilərsiniz.

Bu mərhələdə aqro kartların nəğdləşdirilməsi Gürcüstan miqyasında 180-dən çox ixtisaslaşdırılmış mağazada mümkündür; Proqramın benefisiar fermerlərinə mərhələli şəkildə 500-dən çox ticarət obyekti xidmət göstərəcək” – deyə idarədən bildirilib.

Aqro kartlara köçürülmüş xallardan son istifadə müddəti 2022-ci ilin noyabrın 30-dur.