"Kənd evi" layihəsi çərçivəsində Məcburi Köçkünlər Agentliyi bu il artıq 1300-dək məcburi köçkün ailəsi üçün kənd yerlərində ev alıb
"Kənd evi" layihəsi çərçivəsində Məcburi Köçkünlər Agentliyi bu il artıq 1300-dək məcburi köçkün ailəsi üçün kənd yerlərində ev alıb

 
“Kənd evi” layihəsi çərçivəsində ölkə miqyasında bu il Məcburi Köçkünlər Agentliyi tərəfindən artıq 1300-ə yaxın məcburi köçkün ailəsi üçün kənd yerlərində ev alınıb. Məcburi köçkün ailələrini Məcburi Köçkünlər, Eko-miqrantlar və Dolanışığın Təminatı Agentliyinin direktoru Zurab Utiaşvili və Şida Kartli üzrə dövlət nümayəndəsinin müavini Simon Quledani ziyarət ediblər.

Layihə çərçivəsində Gürcüstanın istənilən bölgəsində ailələr öz yaşayış yeri və evini seçirlər. Evlərin əksəriyyətinin torpaq sahələri var , bu da onlara kənd təsərrüfatı ilə məşğul olmağa və əlavə gəlir mənbəyi yaratmağa imkan verir. Hazırkı mərhələdə Məcburi Köçkünlərin Problemlərinin Öyrənilməsi Komissiyası “Kənd evi” layihəsi çərçivəsində daha yüzlərlə məcburi köçkün ailəsinin evlə təmin olunması məsələsinə baxır. 2025-ci ilin sonuna qədər agentlik kənd yerlərində ümumilikdə 6000 köçkün ailəsi üçün ev alacaq.

Məlumatı Məcburi Köçkünlər Agentliyinin mətbuat xidməti yayır.