Kelli Deqnan - prezidentin narahatlığı ilə razılaşırıq, Dövlət Müfəttişi ilə əlaqədar məsələnin sürətləndirilməsinə dair biz qəti bəyanat vermişdik
Kelli Deqnan - prezidentin narahatlığı ilə razılaşırıq, Dövlət Müfəttişi ilə əlaqədar məsələnin sürətləndirilməsinə dair biz qəti bəyanat vermişdik

 
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan , dövlət müfəttişi xidməti ilə bağlı prezidentin narahatlığını bölüşdüyünü bildirir.

Deqnanın jurnalistlərə dediyi kimi, dövlət müfəttişi ilə bağlı məsələyə ehtiyatla yanaşmaq lazımdır.

“Biz prezidentin narahatlığını bölüşürük, məsləhətləşmələrin azlığı və maraqlı tərəflərin işdən çıxarılması ilə bağlı olan sürətləndirilmiş proses haqqında qəti bəyanat vermişik. Gürcüstan vətəndaşlarının , insan hüquqlarının müdafiəsinin müstəqil qurumu olan Dövlət Müfəttişli Xidməti kimi vacib bir məsələdən söhbət getdikdə, bunun çox diqqətli bir proses olması xüsusilə vacibdir. Bir şey dəyişdikdə, maraqlı tərəflərin problemlərini həll etmək əlbəttə ki, vacibdir. Əgər Dövlət Müfəttişi Xidmətini ləğv etmək və qanunla müəyyən edilmiş altı il müddəti olan dövlət müfəttişini işdən azad etmək istəyirsinizsə, gördüyünüz işin xalq tərəfindən başa düşüləcəyinə və bunun nə üçün lazım olduğunu izah etdiyinizə əmin olmalısınız. Əgər bu ləğv deyilsə, dövlət müfəttişini və onun müavinlərini işdən azad etmək nəyə lazımdır”- deyə Deqnan bildirib.

Səfirin sözlərinə görə, Gürcüstanın dövlət müfəttişi kimi peşəkarların təcrübəsinə ehtiyacı var.

“O, xidmət üçün çoxlu təcrübəyə malikdir. Ən azı, o, yeni qurumlardan birinə cavabdeh idi. Hesab edirəm ki, ölkə vətəndaşlarına bu qədər yaxşı xidmət etmiş və çox çətin bir iş görmüş belə təcrübəli mütəxəssislərin olması Gürcüstan üçün çox xoşdur. Onları maraqlı tərəflərlə tam konsultasiya aparmadan və aydın şəkildə təqdim edilmiş proses olmadan azad etdilər” -deyə Deqnan bildirib.