Keli Deqnan - Sevinirik ki, Gürcüstanın səhiyyə sistemi yaranan krizisə effektiv və operativ məsuliyyətlə yanaşır

Sevinirik ki, Gürcüstanın səhiyyə sistemi ölkədə yaranan krizisə effektiv və operativ məsuliyyətlə yanaşır və müvəffəqiyyətlər əldə edir, – bu barədə bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan onlayn-mətbuat konfransı zamanı verdi.

Səfir covid-19-la mübarizədə ABŞ-ın Gürcüstanı təmin etdiyi yardım haqqında danışdı.

Onun dediyinə görə, ABŞ Gürcüstanla illərdir ki, səhiyyə istiqamətində də əməkdaşlıq edir.

“Bu əməkdaşlıq çərçivəsində, Gürcüstanıın səhiyyə sisteminə təqribən, 140 milyon dollarlıq investisiya qoyuldu və ABŞ Gürcüstanla əməkdaşlığa koronavirus krizisində də eyni entuziazmla yardım etməyə davam edəcək.