İctimai Yayımçı çox önəmli bir medya vasitəsidir, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan Gürcüstanın Birinci Kanalının efirində “Həftənin müsahibəsi” proqramında verdi.
Onun dediyinə görə, İctimai Yayımçı vətəndaşların məlumatlandırılması baxımıdan önəmli rol oynayır.
“Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarında İctimai Yayımçı obyektiv məlumatın çatdırılması baxımından böyük rol oynanır və müxtəlif proqramlar vasitəsi ilə vətəndaşların tam məlumatlandırılmasını təmin edir. İctimai yayımçı çox vacib bir medya vasitəsidir”, – dedi Keli Deqnan.