Keli Deqnan - Birgə təlimlər sadəcə hərbi qüvvələrimizin inkişafı demək deyil, o həmçinin aqressora göndərilən mesajdır
Keli Deqnan - Birgə təlimlər sadəcə hərbi qüvvələrimizin inkişafı demək deyil, o həmçinin aqressora göndərilən mesajdır

Birgə hərbi təlimlər sadəcə hərbi qüvvələrimizin bir-biri ilə uyğunlaşdırılması və inkişafı demək deyil, o həmçinin aqressora göndərilən bir mesajdır, – bu  bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan, “Layiqli partnyor-2020”-nin qapanış mərasimində verdi.

Onun dediyinə görə, “Layiqli partnyor 2020” Gürcüstanın hərbi qüvvələrini NATO müttəfiqləri ilə yaxınlaşdırır.

“Pandemiyaya baxmayaraq, biz hərbi qüvvələrimizi təhlükəsiz şəkildə bir araya gətirə bildik. Mənim üçün bu təlimlərlə bağlı tədbirdə iştirak etmək böyük fəxrdir” – dedi Keli Deqnan.