Keli Deqnan - ABŞ inanır ki, müxalifətin mövqeyinin yekunlaşdırması gərəkdiyi yer parlamentdir
Mən yenə də optimist olaraq, baxıram və siyasi niyyətin olduğu təqdirdə, partiyaların kompromisə nail olacaqlarına inanıram, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan Gürcüstanın Birinci Kanalının efirində verdi.
Keli Deqnan qeyd etdi ki, keçən həftə o prezident Şarl Mişelin xüsusi nümayəndəsi olan səfir Danielsonun mediasiya ilə keçirdiyi danışıqlarda şəxsən iştirak edirdi.
“Partiyalar razılığa nail ola bilməsələr də, buna cəhd etdilər. Mən siyasi krizisin dərhal həll ounmasının tərəfdarıyam. Birləşmiş Ştatları inanır ki, müxalifətin mövqeyinin yekunlaşdırması gərəkdiyi yer parlamentdir. Bir partiyanın dominant olduğu parlament sağlam deyil. Gürcü seçiciləri oktyabr ayında belə bir vəziyyətin yaranmasına səs vermədilər, – dedi Keli Deqnan.
Səfirin dediyinə görə, qanunverici orqanda sağlam bir iqtidar partiyası və sağlam müxalifət olmalıdır.