Keli Deqnan – ABŞ-ın niyyətidir ki, Gürcüstan müvəffəqiyyətə nail olsun, çünki siz buna layiqsiniz, sizin ən güclü partnyorunuz olan ABŞ bunun üçün əlindən gələni edəcək
Bizim niyyətimiz odur ki, Gürcüstan siyasi baxımdan, güclü iqtisadiyyatı olan güclü bir demokratiya olaraq, müvəffəqiyyətə nail olsun, çünki siz buna layiqsiniz, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan Birinci Kanalın efirində verdi.
“Biz president Mişelin verəcəyi qərarı gözləyirik. Düşünürəm ki, ən böyük dəstək elə budur. Prezident Mişel səviyyəsindəki fiqur vaxtını Gürcüstana ayırır, baş nazirlə əməkdaşlıq edir, kompromisin zərurəti və razılaşmaya nail olmanın əhəmiyyəti ilə bağlı mesajlar göndərir, – dedi Keli Deqnan.
Onun dediyinə görə, Şarl Mişel qərar verdi ki, səfir Danielson Gürcüstana qayıdacaq ki, tərəflərlə dialoq prosesinə davam edilsin, bu da yenə bir daha təsdiqləyir ki, Gürcüstanın müvəffəqiyyəti çox vacibdir.
“ABŞ bu prosesi dəstəkləməyə davam edəcək, bizim niyyətimizdir ki, Gürcüstan müvəffəqiyyətli olsun, çünki siz buna layiqsiniz, sizin ən güclü partnyorunuz olan ABŞ bunun üçün əlindən gələni edəcək.