Keçmiş “Kartlşi” sanatoriyasında məskunlaşan məcburi köçkünlər Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirirlər

 

Nadzaladevi rayonunda yerləşən keçmiş “Kartlşi” sanatoriyasında məskunlaşan , işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirirlər. Alternativ yaşayış sahəsi ilə təmin olunmalarını tələb edirlər.

Onların sözlərinə görə, tələb yerinə yetirilməsə, nazirlik qarşısında çadır qurmaq da daxil olmaqla, digər etiraz formalarına əl atacaqlar.

Bununla yanaşı, məcburi köçkünlərin də dedikləri üzrə , bu gün Səhiyyə Nazirliyində problemin həll edilməli olduğu görüşdə iştirak ediblər, lakin nazirlik yalnız kirayəyə çıxmağı təklif edir ki, bu da onların sözlərinə görə, qəbuledilməzdir. Bununla yanaşı onlar kirayə haqqını dövlətin ödəyib-ödəməyəcəyini də bilmədiklərini deyirlər.

Xatırladaq ki, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini İlia Ğuduşauri bu gün Nadzaladevi rayonunda yerləşən keçmiş “Kartlşi” sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb. Nazir müavininin sözlərinə görə, keçmiş “Kartlşi” sanatoriyasında məskunlaşan məcburi köçkünlər 2022-ci ildə yeni mənzil alacaqlar, bunadək nazirliyin nümayəndələri məcburi köçkün ailələrini bir daha müvəqqəti kirayəyə çıxmağa çağırıblar.