Keçən il Gürcüstanı 9 357 964 beynəlxalq səyahətçi ziyarət etdi
Keçən il Gürcüstanı 9 357 964 beynəlxalq səyahətçi ziyarət etdi

“2019-cu ildə, Gürcüstan rekord sayda beynəlxalq turist və səyəhətçiyi qəbul etdi” – bu barədə bəyanatı Milli Turizm Administrasiyasının sədri Mariam Kvrivişvili verdi.

Onun sözlərinə görə, keçən il Gürcüstana 9,357,964 beynəlxalq səyahətçi gəldi.

Milli Turizm Administrasiyasının göstəricilərinə əsasən, beynəlxalq turistlərin sayı 2018-ci il ilə müqayisədə, 7,8% ilə artıb. Beynəlxalq səyahətçilərin sayı 7 725 774 təşkil etdi, artım +7,3%.

Beynəlxalq səyahətçilərin əksəriyyəti Azərbaycandan gəldi (+ 7,2%), Rusiyadan (+ 4,8%), Ermənistandan (+ 7,6%) və Türkiyədən (+ 5,3%).