Kedada beşmərtəbəli yaşayış binasının çardağında yanğın qeydə alınıb
Kedada beşmərtəbəli yaşayış binasının çardağında yanğın qeydə alınıb

Kedada yanğın qeydə alınıb. Yanğın beşmərtəbəli yaşayış binasının çardağında baş verib. Yanğın nəticəsində binanın dam örtüyü yanıb.

Təhlükəsizlik məqsədilə əhali həm binadan, həm də ərazidəki uşaq bağçasından təxliyə edilib.

Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyirdi. Hazırda yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Keda Meriyasından deyildiyi kimi, yanğın mənzillərə ziyan vurmayıb, lakin meriya binanın dam örtüyünün bərpası üçün sakinlərə müvafiq köməklik göstərəcək.