"Kaz-Trans-Qaz" Tbilisi əhalisinə xəbərdarlıq edir

“Kaz-Trans-Qaz” şirkəti Tbilisi əhalisinə xəbərdarlıq edir.

Şirkətin bəyanatında deyilir ki, naməlum şəxslər şirkətin adı ilə ailələrə zəng edirlər və şəxsi məlumat almağa çalışırlar və bununla yanaşı, müəyyən qiymət əvəzinə detektorların montajını təklif edirlər.

“Kaz-Trans-Qaz Tbilisi” əhaliyə xəbərdarlıq verir ki, qeyd olunan zənglərlə heç bir əlaqəsi yoxdur və o insanlar “Kaz-Trans-Qaz” şirkətinin əməkdaşları deyillər.

“Kaz-Trans-Qaz” istifadəçilərin şəxsi göstəricilərini öyrənməyə çalışmır, çünki ölkədə qüvvədə olan qanunvericiliyə əsasən, belə hərəkət qanunun qəti pozulmasıdır. Şirkət həmçinin, HN3 detektorlarını da montaj etmir.

Belə bir zəng gəldiyi halda ailəniz haqqında məlumat verməyin və dərhal 2404004 nömrəsinə zəng edərək, bizə bildirin” deyilir şirkətin bəyanatında.

Bu məsələ ilə bağlı bəyanatı “Kaz-Trans-Qaz” martın 13-də yaymışdı.