Kaxa Kaladze noyabrın 13-dən işə yeni komanda ilə birlikdə başlayacaq
Kaxa Kaladze noyabrın 13-dən işə yeni komanda ilə birlikdə başlayacaq

Tbilisi Meriyası yeni seçilmiş merin səlahiyyətlərinin tanınması haqqında bəyanat yayır. Bəyanatda qeyd olunduğu kimi, yeni seçilmiş merin səlahiyyətlərinin tanınması noyabrın 12-də baş verəcək.

Gürcüstan Seçki Məcəlləsinə uyğun olaraq, yeni seçilmiş merin səlahiyyətlərinin tanınması andan, hazırki merin, merin müavinlərinin, meriyanın struktur vahidləri rəhbərlərinin və rayon qamqebelilərinin (icra başçıları) salahiyyətləri, avtomatik olaraq dayandırılacaq.

Gürcüstan MSK tərəfindən Tbilisi merinin 2017-ci il 21 oktyabr seçkilərinin yekunlaşdırıcı protokolunu cari ilin noyabrin birində dərc olundu.

Qanunveriliyə müvafiq olaraq, yeni seçilmiş merin səlahiyyətlərinin tanınması noyabrın 12-də baş verəcək. Bu isə Yerli Özünüidarəetmə Məcəlləsinə uyğun olaraq, hazırki merin, merin müavinlərinin, meriyanın struktur vahidləri rəhbərlərinin və rayonun qamqebelilərinin salahiyyətləri, avtomatik olaraq dayandırılmasını nəzərdə tutur.

Cari ilin noyabrın 13-dən yeni seçilmiş mer, işə yeni komanda ilə birlikdə başlayacaq, – Tbilisi Meriyasının məlumatında qeyd olunur.